İnsanlara hürriyət, millətlərə istiqlal!

Kremlin Qarabağdakı “desantı” Kremlə “atıb” - Vardanyan cəzalanacaq? – detallar CANLIda

586 15.07.2023 14:01 Son xəbər A A


"Ruben Vardanyan "Rosnano"nun keçmiş baş direktoru Anatoli Çubaysa vergilərdən yayınmağa kömək edib".
“Yeni Musavat”ın məlumatına görə, belə bir sensasiyalı məlumatı “Russkiy kriminal” portalı VÇK-OGPU TG telegram kanalına istinadla yayıb.
Bildirilir ki, Anatoli Çubaysın Moskva vilayətində villasının tikintisinə kömək edən sahibkar İlya Suçkovla söhbətlərindən birinin səs yazısı dərc olunub. Həmin söhbət zamanı Çubays Suçkova məlumat verir ki, o, Ruben Vardanyana Moskva yaxınlığındakı Peredelkinodakı malikanəsini satmaqla “çirkli pullar”ın yuyulması sxemini hazırlayaraq həyata keçirməyi tapşırıb. 35-36 milyon dollar dəyərində olan həmin malikanə əvvəlcə Çubaysa məxsus İsveçrə şirkəti vasitəsilə 7-8 milyon dollara onun yaxın adamlarına - Boris Mints və oğluna satılmalı idi. Lakin şirkət sonra iflas olub, danışıqlar nə isə düz getməyib və Ruben Vardanyanı işə cəlb eləmək lazım gəlib.
Qeyd edək ki, Putinin komandasında olan yəhudi əsilli Anatoli Çubays Rusiyanın Ukraynaya hərbi təcavüzündən az sonra ölkəni tezliklə tərk edərək İsraildə yerləşib. Bu isə Kreml başçısını hiddətləndirib. Onun haqqında Rusiyada cinayət təqibi də aparılıb.
Kremlin Qarabağdakı “desantı” Ruben Vardanyana gəlincə, onun çirkli pulların mahir “yuyucusu” olduğu bir daha təsdiqlənir. Vardan bu əməlinə görə, Moskvadan hər hansı cəza alacaqmı?

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.45-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində siyasi ekspert Elçin Alıoğlu ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR