İnsanlara hürriyət, millətlərə istiqlal!

Kremlin hədəfində Ukrayna və Avropa: Peskov Trampın nümayəndələrinin yeni planını açıqladı

388 24.06.2026 14:17 Dünya A A

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndələri Stiven Uitkof və Cared Kuşnerin nizamlanma prosesindəki mövqeyini müsbət qiymətləndirib.

Musavat.com xəbər verir ki, Kremlin sözçüsü bu rəsmilərin münaqişənin həlli üçün bütün tərəfləri dinləməyə hazır olduqlarını və bunun olduqca təqdirəlayiq bir addım təşkil etdiyini bildirib. Peskov brifinq zamanı hərbi-siyasi gündəmdəki digər mühüm məsələlərə də toxunub. O, Ukrayna böhranı üzrə danışıqların keçiriləcəyi konkret məkan və ya platforma barədə hazırda hər hansı dəqiq anlaşmanın olmadığını vurğulayıb. Rəsmi Moskva ilə Avropa arasında mümkün dialoq barədə danışan mətbuat katibi, ilk növbədə avropalıların belə bir təmasa hazır olub-olmadıqlarını aydınlaşdırmağın vacibliyini qeyd edib və Rusiya ilə Avropa arasındakı danışıqlarda hər hansı bir vasitəçiyə ehtiyac yaranacağına əmin olmadığını əlavə edib.

BRİKS təşkilatının nizamlanma prosesindəki rolunu şərh edən Peskov bildirib ki, bir birlik olaraq BRİKS Ukrayna münaqişəsində vasitəçi qismində çıxış edə bilməz, lakin quruma üzv olan ayrı-ayrı dövlətlər bu istiqamətdə öz vasitəçilik hazırlıqlarını fəal şəkildə bəyan edirlər. Sonda Belarusla müttəfiqlik əlaqələrinə diqqət çəkən Kreml rəsmisi Rusiyanın hər zaman Minskin yanında olacağını vurğulayıb: "Rusiya Belarusun sadiq müttəfiqi kimi həm iqtisadi məsələlərin həllində, həm də başda Kiyev olmaqla hər cür xarici təhdidlərin və təhlükələrin dəf edilməsində hər zaman rəsmi Minsklə birgə addımlayacaq".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR