İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə Rusiyadan aldığı S-400-ləri başqa ölkəyə satacaq

759 10.07.2026 19:40 Dünya A A

Türkiyə 2017-ci ildə Rusiyadan tədarük edilən S-400 zenit-raket sistemlərinin üçüncü ölkəyə yenidən satmağı planlaşdırır.

Musavat.com xəbər verir ki, bu barədə Türkiyənin hakim dairələrinə yaxınlığı ilə tanınan "Hürriyet" qəzeti xəbər yayıb.

Bildirilir ki, S-400-lər Fars körfəzi ölkəsinə, çox güman ki, BƏƏ-yə və ya Qətərə satılacaq.

Bildirilir ki, 2017-ci ildə Türkiyə Rusiyadan 2,5 milyard dollara dörd diviziya S-400 hava hücumundan müdafiə sistemləri alıb. 2019-cu ilin oktyabr ayında “Rosoboronexport” (dövlət korporasiyasının bir hissəsi) sistemlər üçün müqavilənin yerinə yetirildiyini açıqlayıb. Türkiyə ilə Rusiya arasında S-400 sisteminin tədarükü ilə bağlı müqavilənin imzalanmasından sonra Ankara ABŞ-nin F-35 qırıcı təyyarələri almaq üzər tərtib edilmiş proqramdan kənarlaşdırılmışdı.

Belə görünür ki, Türkiyə və ABŞ rəhbərləri NATO-nun Ankarada keçirilən sammiti zamanı köhnə partnyorluğu bərpa etmək barədə razılığa gəliblər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR