İnsanlara hürriyət, millətlərə istiqlal!

“Kreml onu gözdən salmaq üçün hər şeyi etdi” - Qallyamov

784 20.02.2024 17:59 Son xəbər A A

“Kreml Yuliya Navalnayanı gözdən sala bilməyəcək. Onun nəinki müxalifəti konsolidasiya etmək, həm də yeni seçicilərlə işləmək şansı var”.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu iddia Rusiyanın tanınmış politoloqu, müxalif siyasətçi Abbas Qallyamov tərəfindən səslənib.

“Onun soyadı var və həyat yoldaşının başladığı işi davam etdirmək hüququna malikdir. Onun siyasi keçmişi yoxdur. Rusiyada korrupsiyaya görə siyasətçilərə etibar etmək adət deyil, hamı onların eqoist maraqlarından şübhələnir. Yuliyanın motivasiyası isə zahirdədir, başa düşüləndir və insanlar tərəfindən müsbət qiymətləndirilir”, - deyə Qallyamov qeyd edib.

Onun sözlərinə görə, Rusiyada müxalifətin özəyini birləşdirmək üçün bir ad kifayət edəcək. Eyni zamanda, Yuliya Navalnaya yeni auditoriyanı - indiyə qədər ənənəvi müxalifətlə məşğul olmaqdan qorxanları cəlb edə bilər.

“Alekseyin imkanları daha məhdud idi. Kreml onu gözdən salmaq üçün hər şeyi etdi. Yuliyanı gözdən salmaq isə çox gecdir, indi qara təbliğata inanan yoxdur”, - deyə Qallyamov bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR