İnsanlara hürriyət, millətlərə istiqlal!

“Kreml mərc edə bilər ki, Ermənistan yenə müharibədə uduzacaq”- Rusiya nəşri

1661 09.09.2023 23:49 Siyasət A A

“Rosbalt”: “Mərc etmək olar ki, Paşinyan da Azərbaycanla qaçılmaz görünən münaqişədə məğlubiyyətə görə Moskvanı və moskvayönlü müxalifəti günahlandıracaq”

Moskva-İrəvan münasibətlərinin gərginləşməsi Rusiya mediasında da ciddi reaksiyalar və müzakirələr doğurmaqdadır. Rusiyanın rosbalt.ru saytı da bu arada “Üçüncü erməni-azərbaycanlı müharibəsi gözləniləndir” başlıqlı yazı dərc edib.

Musavat.com xəbər verir ki, Andrey Nukilinin müəllifi olduğu yazıda xeyli mübahisəli məqamlarımn olduğu yazıda əsas diqqət iki ölkə arasında münasibətlərə və mümkün Qarabağ müharibəsində Rusiyanın tuta biləcəyi mövqeyi yönəlib. Bildirilir ki, İrəvan son illər həm resursların məhdudluğunu, həm də Paşinyandan narazılığını anlayaraq Rusiyadan ciddi yardım və dəstək gözləməyib.

472bb0d3-9236-4ef7-b162-8afc63ed2944.jpg (88 KB)

“Ermənistan niyə məhz indi Moskvada açıq-aşkar mənfi qarşılanacaq bir sıra addımlar atıb ki, onlar təhqiredici sayıla bilər. Bunlara amerikalılarla birgə təlimlər daxildir ki, bunlar əvvəllər də baş vermişdi, lakin indiki vəziyyətdə bu, Rusiyanı açıq şəkildə daha çox qıcıqlandırıb. Rusiyalı blogerlərin Ermənistanda saxlanması, baş nazir Paşinyanın həyat yoldaşının humanitar yardımla Kiyevə səfəri və Rusiyaya yönəlik daha sərt ifadələri yada salmaq kifayətdir” deyə, müəllif bildirir.

O da qeyd olunur ki. Moskvanın əvvəllər İrəvanı hədələdiyi çəkindirici amillər də iflasa uğrayıb. İndi hətta Ermənistanın baş naziri özü Rusiyanı münasibətləri gərginləşdirməyə təhrik edir. Çünki Moskvaya qarşı inciklik və şübhələr artıb, ümumilikdə, Ermənistan cəmiyyətində Rusiyanın nə vaxtsa onların problemlərinin həllində kömək edəcəyinə ümid azdır. Bu ümidin artıq qalmaması isə Ermənistanı yeni xarici siyasət və sıfırdan yeni ittifaqlar qurmağa başlamağa sövq edir. Yazıda deyilir: “Ola bilsin ki, artıq Kremldə hansısa qərar verilib. Hətta ola bilsin ki, Ankara, Bakı və anti-Paşinyan müxalifəti ilə hansısa pərdəarxası müqavilələr bağlanıb. Bunu önləmək üçün isə Rusiyanı Ermənistandan sıxışdırıb çıxarmaq, onun ən azı ölkənin daxili siyasətinə təsir göstərməsinin qarşısını almaq lazımdır”.

425385047_0_162_1200_916_1920x0_80_0_0_d63b2add86c7661a22fa7287f399f613.jpg (206 KB)

Bildirilir ki, əgər bəzi nəzəriyyələr doğrulsa, Moskva bunları mərc edə bilər: Azərbaycanla gələcək toqquşmada Ermənistan məğlub olacaq, son nəticədə daxili böhranın yaranacaq, İrəvanda hakimiyyətə isə tanış və dost olan “köhnə elita”(Sərkisyan-Köçəryan cütlüyü nəzərdə tutulur-O.Ə) qayıdacaq...

“Belə olan halda mərc etmək olar ki, Paşinyan da Azərbaycanla qaçılmaz kimi görünən münaqişədə, həm də qüvvələr arasında ciddi disbalans səbəbindən real məğlubiyyətdə Moskvanı və moskvayönlü müxalifəti günahlandıracaq” deyə, qey edilir.

Paşinyanın son davranışları və açıqlamalarına gəlincə, müəllif hesab edir ki, baş nazir Qarabağı itirəndən sonra sıfırdan yeni erməni diplomatik tarixini yazmağa cəhd edir.

“Bu, konspirativ səslənir, amma son hadisələrdə məntiq axtarsanız, yeganə izah budur. Acınacaqlısı odur ki, bu məntiqdə yeni, üçüncü Ermənistan-Azərbaycan müharibəsi ehtimalı çox yüksəkdir - və bunun əvəzini yenə də hər iki tərəfin gənc əsgərləri ödəyəcək...”

Orxan ƏLİYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR