İnsanlara hürriyət, millətlərə istiqlal!

Kreml Duma seçkilərinə Medvedyev–Lavrov–Cəbhə Koalisiyası ilə gedir

687 19.01.2026 17:06 Dünya A A

Rusiya Prezident Administrasiyası və hakim “Vahid Rusiya” partiyası bu ilin sentyabrında keçiriləcək Dövlət Duması seçkiləri üçün partiyanın namizəd siyahısının ilk beşliyini müəyyənləşdirib.

Musavat.com xəbər verir ki, bu barədə məlumat Kremlin məlumatlı üç mənbəsi tərəfindən təsdiqlənib.

Onların sözlərinə görə, siyahıya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyev, xarici işlər naziri Sergey Lavrov, Moskvanın 52 saylı xəstəxanasının direktoru Maryana Lısenko, həmçinin iki “Rusiya qəhrəmanı” - “Yunarminin” qərargah rəisi Vladislav Qolovin (Ukrayna müharibəsində “Struna” çağırış adı ilə iştirak edib) və “hərbi müxbir”, VGTRK-nın baş direktorunun müavini Yevgeni Poddubnı daxil edilib.

2021-ci ildə Medvedyev reytinqinin aşağı olması səbəbilə “Yedinaya Rossiya”nın lider beşliyinə düşməmişdi, lakin mənbələrin bildirdiyinə görə, bu dəfə onun sosial göstəriciləri daha yaxşıdır.

Ümumrusiya rəy sorğusu mərkəzi VTsIOM-in noyabrın sonunda keçirdiyi ərazi üzrə son sorğulara əsasən, respondentlərin 28,2%-i Medvedyevə etibar etdiklərini bildirib.

Lavrov əvvəlki parlament seçkilərində də siyahının ilk beşliyində olub, lakin mandatdan imtina edib. O, Rusiyanın ən populyar siyasətçilərindən biri olmaqda davam edir və yalnız Vladimir Putinə uduzur. Mənbələrin sözlərinə görə, siyahıya qadın daxil etmək üçün Lısenko əlavə edilib.

Qolovin RBC-nın həmsöhbətləri tərəfindən Ukrayna cəbhəsindən gəlmiş “ən hazırlıqlı və mediada görünən döyüş iştirakçılarından biri” kimi xarakterizə edilib. Partiya rəhbərliyi hesab edir ki, siyahının ilk beşliyində cəbhədən gəlmiş bir şəxsin olması vacibdir. Poddubnı isə “qəzəbli və radikal patriotların” fikir lideri kimi siyahıya salınıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR