İnsanlara hürriyət, millətlərə istiqlal!

Kral Çarlzın tacqoyma mərasimi keçirilib - FOTOLAR

551 06.05.2023 19:48 Son xəbər A A

Böyük Britaniya Kralı III Çarlzın tacqoyma mərasimi keçirilib.

APA-nın Britaniya bürosunun xəbərinə görə, bu, Britaniya tarixində 70 il sonra ilk dəfə keçirilən tacqoyma mərasimidir.

“Westminster Abbey”də keçirilən mərasimdə təxminən 2000-dən çox qonaq iştirak edib. Mərasimdən sonra Kral və Kraliça qızılı “Kral Arabası ilə Bakinqam Sarayına geri dönüb.

Daha sonra onlar kral ailəsinin digər üzvləri ilə Bakinqam Sarayının eyvanında xalqı salamlayıblar, hərbi uçuşu müşahidə ediblər.

Qeyd edək ki, mərhum Kraliça Elizavetanın tacqoyma mərasimi 1953-cü ilin iyun ayında keçirilmişdi.

Aytən Abbaslı

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR