İnsanlara hürriyət, millətlərə istiqlal!

Konqres Ukrayna və İsrailə yardım qanunlarını qəbul etdi

903 20.04.2024 22:11 Dünya A A

ABŞ Konqresinin Nümayəndələr Palatasında Ukrayna, İsrail və Tayvana hərbi yardım göstərilməsi, Rusiyanın dondurulmuş aktivlərinin Kiyevə verilməsi məqsədilə müsadirə edilməsi və Çinə qarşı əlavə sanksiyaların tətbiqi ilə bağlı qanun layihələri təsdiqlənib.

Musavat.com xəbər verir ki, bu gün yekun səsvermədən əvvəl - qanunvericilər həftə sonları nadir hallarda görüşürlər - mahiyyət etibarilə vahid paketdə birləşdirilən bu qanun layihələri üzrə qısa müzakirələr aparılıb.

ABŞ-ın federal büdcəsindən Ukrayna, İsrail və Tayvanın hərbi ehtiyacları üçün bu formada əlavə ayırmaların rəsmiləşdirilməsi təşəbbüsünü Nümayəndələr Palatasının spikeri, respublikaçı Mayk Conson irəli sürüb. Aprelin 17-də o, paketə daxil olan qanun layihələrinin mətnlərini təqdim edib. Başlanğıcda administrasiyasının Ukrayna, İsrail və Tayvana hərbi yardım tələbinin parçalanmasına qarşı çıxan ABŞ prezidenti demokrat Co Bayden sonradan Consonun təşəbbüsünü dəstəklədi.

İndi qanun layihəsi Nümayəndələr Palatasından fərqli olaraq demokratların çoxluğa sahib olduğu Senata göndəriləcək. Konqresin yuxarı palatasındakı Demokratlar fraksiyası artıq paketin dərhal təsdiqini təmin etməyə hazır olduğunu bildirib. Senatın elə bu gün ona baxmağa başlayacağı gözlənilir. Daha sonra Bayden tərəfindən imzalanacaq və qanuna çevriləcək.

ABŞ Müdafiə Nazirliyi dünən qanun təsiqlənən kimi Ukraynaya zəruri hərbi yardımın çatdırılmasına başlanacağını açıqlamışdı.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR