İnsanlara hürriyət, millətlərə istiqlal!

Kolumbiyada daş kömür mədənində silsilə partlayışlar olub, 11 nəfər ölüb

284 15.03.2023 19:12 Hadisə A A

Kolumbiyanın mərkəzində yerləşən Sutatausa bələdiyyəsində daş kömür şaxtalarında baş verən silsilə partlayışlar nəticəsində azı 11 nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə yerli “El Tiempo” qəzeti martın 15-də məlumat yayıb.

Məlumata görə, partlayışlar zamanı mədənlərdə 30-dan şaxtaçı olub. Bildirilib ki, şaxtanın tunellərində 17 nəfər köməksiz vəziyyətdə qalıb. Hadisə yerində xilasedicilər fəaliyyət göstərir.

Əvvəlcə Sutatausadakı daş kömür şaxtalarından birində partlayış olub. Bunun ardınca qonşu dörd şaxtada silsilə partlayışlar baş verib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR