İnsanlara hürriyət, millətlərə istiqlal!

Köçəryan və Sərkisyan Paşinyana qarşı keçiriləcək mitinqdə iştirak edəcək

978 31.08.2023 18:05 Region A A

 

Ermənistanın ikinci prezidenti Robert Köçəryan müxalifətin sentyabrın 2-də İrəvanın Azadlıq meydanında keçiriləcək mitinqində iştirak edəcək.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Köçəryanın ofisinin koordinatoru Baqrat Mikoyan bildirib.

Xatırladaq ki, bu mitinq daşnakların təşəbbüsü ilə təşkil olunur. “Daşnaksütyun”un nümayəndəsi İşxan Saqatelyan Paşinyana müxalif olan hər kəsi mitinqə çağırıb.

Gələn məlumatlara görə, Serj Sarkisyanın da həmin mitinqə qatılacağı gözlənilir. Bunu onun sözçüsü Meri Arutyunyan da təsdiqləyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR