İnsanlara hürriyət, millətlərə istiqlal!

Köçəryan dövrünün daha bir özəlləşdirmə qalmaqalı – YENİ DETALLAR

669 16.06.2026 16:35 Dünya A A

Ermənistan Baş Prokurorluğu “Voske Banali” (“Qızıl Açar”) sanatoriyasının özəlləşdirilməsi prosesində qanun pozuntuları aşkar etdiyini açıqlayıb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bununla bağlı həm cinayət işi başlanması üçün materiallar Antikorrupsiya Komitəsinə göndərilib, həm də məhkəmədə iddia qaldırılıb.

Məlumata görə, 2003-cü il yanvarın 9-da qəbul edilən hökumət qərarı ilə balans dəyəri 44 milyon 390 min dram olan sanatoriyanın hərraca çıxarılmasına icazə verilib. Hərracın minimal qiyməti isə 6,5 milyon dram müəyyənləşdirilib. Müsabiqənin qalibi “Araratsement” QSC olub. 2003-cü il avqustun 15-də imzalanmış müqaviləyə əsasən şirkət iki il ərzində 30 min ABŞ dolları həcmində investisiya yatırmalı və 30 yeni iş yeri yaratmalı idi.

Prokurorluq iddia edir ki, sonradan şirkət bu öhdəliklərin yerinə yetirildiyini göstərən həqiqətə uyğun olmayan sənədlər təqdim edib. Nəticədə Ermənistan dövlətinə 44 milyon 390 min dram məbləğində zərər vurulduğu bildirilir. İstintaq materiallarına görə, 2004-cü il iyunun 10-da Kadastr Komitəsinin vəzifəli şəxsi uyğun olmayan qərarlara əsaslanaraq “Araratsement”in sanatoriya binası və tikililəri üzərində mülkiyyət hüququnu, eləcə də 3,165 hektar torpaq sahəsinin icarə hüququnu qeydiyyata alıb.

Prokuror iyunun 15-də faktla bağlı Antikorrupsiya Komitəsinə cinayət barədə məlumat göndərib. Eyni zamanda, sanatoriya üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatının etibarsız sayılması üçün İnzibati Məhkəməyə müraciət olunub.

Qeyd edək ki, Bagramyan-26 teleqram kanalı bu işi şərh edərkən həmin dövrdə Ermənistan prezidenti olan Robert Köçəryanın və onun ətrafının dövlət əmlakının özəlləşdirilməsi prosesində rol oynadığını iddia edib. Kanal xüsusilə “Çiçəklənən Ermənistan” Partiyasının lideri Qaqik Tsarukyanın (“Dodi Qaqo”) rəhbərlik etdiyi “Araratsement” şirkətinin adının işdə hallanmasına diqqət çəkib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR