İnsanlara hürriyət, millətlərə istiqlal!

Klaardan BİRTƏRƏFLİ MÖVQE

1190 20.11.2023 13:55 Son xəbər A A

“Cənubi Qafqazda kommunikasiyaların açılması kontekstində Ermənistandan keçən istənilən avtomobil, dəmir yolu xətti rəsmi İrəvanın nəzarətində olmalıdır”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar bildirib.

“Birincisi, hesab edirəm ki, bir neçə ay əvvəl (təqribən mayda) Moskvada Prezident Əliyev baş nazir Paşinyanla prezident Putinin iştirakı ilə keçirdiyi görüşdə çox aydın şəkildə bildirdi ki, bunun “dəhliz” adlandırılması ekstraterritoriallıq demək deyil. Biz də Avropada mövcud olan və heç vaxt ekstraterritoriallığı ehtiva etməyən müxtəlif yollara nəqliyyat dəhlizləri deyirik.

Beləliklə, açıq-aydın bizim nöqteyi-nəzərimizdən Ermənistan ərazisindən keçən istənilən avtomobil yolunun, dəmir yolunun Ermənistanın nəzarətində olması tamamilə məntiqlidir. Yaxud Azərbaycan ərazisindən keçən və ya Almaniyanın ərazisindən keçən hər hansı avtomobil və ya dəmir yolu bu ölkənin nəzarətindədir. Buna görə də bu, tamamilə yeganə məntiqi tənzimləmədir.

Belə olan halda Azərbaycan Azərbaycan vətəndaşlarının və Ermənistan ərazisindən keçən yüklərin təhlükəsiz olacağına təminat əldə etmək istəyir. Bu, tamamilə məntiqli və normaldır. Amma bunun necə həyata keçiriləcəyi Ermənistan hakimiyyətinin məsuliyyətindədir”, - deyə Toivo Klaar qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR