İnsanlara hürriyət, millətlərə istiqlal!

KİV: Ermənistanda Paşinyanla XİN başçısı arasında gərginlik var

690 13.03.2024 13:29 Dünya A A

Ermənistanın baş naziri Nikol Paşinyanla xarici işlər naziri Ararat Mirzoyan arasında gərginlik var.

“Report” xəbər verir ki, bu barədə yerli “Hraparak” nəşri yazıb.

Bildirilib ki, onlar bir sıra məsələlərdə razılığa gələ bilmirlər: “Məsələn, Mirzoyan Ermənistan konstitusiyanın dəyişilməsinin əleyhinədir. Buna baxmayaraq, Mirzoyan bütün addımlarını Paşinyanla əlaqələndirir və hətta fikir ayrılığını gizlətmədiyi məsələlərdə baş nazirə qarşı çıxmağa cəhd etmir”.

Qəzet həmçinin yazıb ki, hakim Mülki Müqavilə Partiyasında Mirzoyanla bağlı dərin məyusluq var.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR