İnsanlara hürriyət, millətlərə istiqlal!

Kissincer rusiyalı prankerlərin tələsinə düşdü və elə sözlər dedi ki...

703 11.07.2023 17:42 Son xəbər A A

Özünü Ukrayna prezidenti Vladimir Zelenski kimi qələmə verən rusiyalı prankerlər ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincerlə danışmağı bacarıblar.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, 100 yaşlı qocaman diplomat prankerlərlə söhbətində Ukraynaya qarşı az qala ittiham da irəli sürüb.

Belə ki, Kissincer saxta Zelenski ilə söhbət zamanı “Şimal axını” qaz kəmərinin partladılmasının arxasında rəsmi Kiyevin dayandığını deyib.

Qeyd edək ki, söhbətin videoyazısı prankerlərin Teleqram kanalında yayımlanıb. Rus kələkbazlar Kissincerə ““Şimal axını” borularına hücumun arxasında kim dayanıb?” sualını ünvanlayıblar.

“Düzünü desəm, sizin olduğunuzu düşündüm. Amma buna görə sizi günahlandırmadım. Bunun bir tənqid olduğunu deməzdim”, - deyə Kissincer bildirib.

Xatırladaq ki, 2022-ci il sentyabrın 26-da Rusiya təbii qazını Avropaya ötürən iki ixrac qaz kəmərində - “Şimal axını” və “Şimal axını-2”də partlayışlar baş verib. Almaniya, Danimarka və İsveç burada təxribatı istisna etmədiyini açıqlayıb. “Şimal axını”nın operatoru “Nord Stream AG” qaz kəmərlərində qəzanın görünməmiş olduğunu bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR