İnsanlara hürriyət, millətlərə istiqlal!

Kiselyov da Baydendən müsahibə almaq istəyir

578 18.02.2024 14:51 Dünya A A

“Rossiya Seqodnya” media qrupunun baş direktoru Dmitri Kiselyov ABŞ prezidenti Co Baydendən müsahibə almaq üçün Ağ Evə müraciət edib.

Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, Kiselyovun sözlərinə görə, Rusiya ilə ABŞ arasında dialoq yoxdur və Rusiya lideri Vladimir Putin Amerika auditoriyası üçün müsahibəyə razılıq verməklə nümunə göstərib.

Məktubda deyilir: “Biz prezident Baydenin beynəlxalq vəziyyəti sabitləşdirmək, etimadı bərpa etmək, ABŞ və Rusiya arasında münasibətləri yeniləmək barədə fikirlərini eşitmək fürsətini yüksək qiymətləndiririk".

Bildiririlir ki, agentlik Baydenlə müsahibəni xarici dillərə tərcümə etməyə və media qruplarının platformalarında yaymağa hazırdır.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putinin amerikalı jurnalist Taker Karlsona müsahibəsi fevralın 9-na keçən gecə dərc olunub. Bu, jurnalistin saytında və onun X hesabında dərc edilib. Bir neçə saat ərzində video on milyonlarla baxış toplayıb və Putin və Karlson sosial şəbəkələrdə ən çox adı çəkilən şəxslər olub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR