İnsanlara hürriyət, millətlərə istiqlal!

Kirkorov Moldovaya buraxılmadı

469 29.07.2022 17:45 Şou-biznes A A

Moldovanın sərhəd polisi Rusiyanın pop ulduzu Filipp Kirkorovu ölkəyə buraxmayıb.

Musavat.com xəbər verir ki, bu barədə “Gazeta.ru” saytı məlumat yayıb.

Məlumata görə, müğənninin buraxılmamasına əsas səbəb onun müxalif “Şor” partiyası ilə əlaqələrə malik olmasıdır. Həmin partiya Moldovanın yəhudi əsilli biznesmeni, hazırda axtarışda olan İlan Şor tərəfindən təsis edilib.

Ötən həftə partiya sədrinin müavini Marina Tauber həbs olunub.

Filipp Kirkorov məhz “Tauber işi” üzrə ifadə vermək üçün vəkillərin dəvəti ilə Kişinyova uçubmuş. Marina Tauber partiyanı qanunsuz maliyyələşdirməkdə və maliyyə hesabatlarını pozmaqda ittiham olunur. İttiham tərəfinin iddiasına görə, Tauber iyunun 19-da Kişinyovun mərkəzi meydanında Kirkorovun da iştirak etməli olduğu konsert təşkil edib və hətta ona 200 min dollar qonorar ödəyib. Həmin konsertdə 60 min dollar qonorar aldığı iddia edilən rusiyalı reper Morgenştern də çıxış edəcəkmiş.

Əyləncə tədbiri polisin qadağası səbəbindən baş tutmayıb, lakin Moldova Baş Prokurorluğunun məlumatına görə, müğənnilər aldıqları qonorarı da qaytarmayıblar.

İyunun 19-da isə konsert əvəzinə Kişinyovda 40 minə yaxın insanın toplaşdığı etiraz aksiyası keçirilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR