İnsanlara hürriyət, millətlərə istiqlal!

Kimsəsiz əlil qadın xəstə övladı üçün yardım istəyir

826 14.03.2024 15:57 Ölkə A A


2-ci qrup əlil və epilepsiya xəstəsi olan 29 yaşlı Simuzər Həsənova redaksiyamıza müraciət edərək, kömək istəyib. O qeyd edib ki, övladının anadangəlmə ürək qüsurluğu var və bu xəstəlik onun fiziki və əqli inkişafına mənfi təsir edib:

"Azyaşlı övladım inkişafdan geri qalır, yaddaş zəifliyi və nitq qüsuru var. Bununla bağlı xəstəxanaya müraciət etmişəm, bildirilib ki, bir neçə seans müalicə üçün 1000 manat ödəniş etməliyəm. Buna isə mənim heç cür imakanım yoxdur. Övladımla birgə ağır vəziyətdə yaşayırıq, heç bir yerdən köməyimiz yoxdur, çox çarəsizəm. Yalnız ayda 180 manat əlilliklə bağlı pensiya alıram, bu isə heç bir tələbatımıza çatmır.

İmkanı olan şəxslərdən xahiş edirəm, övladımın müalicəsi üçün bizə yardım əlini uzatsınlar".

Qeyd edək ki, ehtiyacı olan əlil anaya köməklik göstərmək istəyən şəxslər bu telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər: (055) 994-16-46

WhatsApp Image 2024-03-14 at 15.45.38.jpeg (28 KB)

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR