İnsanlara hürriyət, millətlərə istiqlal!

Kilsədə FACİƏ: 7 nəfər öldü - VİDEO

705 02.10.2023 11:07 Hadisə A A

Meksikanın şimalındakı Tamaulipas ştatının Syudad-Madero bələdiyyəsində kilsə damının uçması nəticəsində azı 7 nəfər həlak olub.

Musavat.com xəbər verir ki, bu barədə "Milenio" qəzeti məlumat yayıb.

Qeyd olunub ki, daha 10 nəfər xəsarət alıb və onlara tibbi yardım göstərilir.

Yerli "Sintesis" qəzeti daha əvvəl azı 5 nəfərin öldüyünü bildirib.

Məlumata görə, kilsədə olan 30-40 nəfər dağıntılar altında qalıb. Hadisədən bir qədər əvvəl kilsə üzvləri vəftiz mərasimi keçirmək üçün binaya toplaşıblar.

Zərərçəkənləri dağıntılar altından çıxarmaq üçün hadisə yerinə təcili tibbi yardım xidmətinin əməkdaşları və xilasedicilər gəlib. Qəzanın səbəbləri müəyyənləşdirilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR