İnsanlara hürriyət, millətlərə istiqlal!

Killerlər dəstəsində qvardiya əməkdaşları da olub

936 06.12.2023 15:26 Dünya A A

1990-cı illərdən muzd əsasında cinayətlərdə iştirak edən qruplaşmanın üzvləri arasında Rusiya qvardiyasının hazırkı əməkdaşları da olub. Bu barədə Dövlət Dumasının informasiya siyasəti komitəsinin rəhbəri Aleksandr Xinşteyn Telegram kanalında məlumat verib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Xinşteyn killerlərin arasında xüsusi çevik reaksiya dəstəsi “Bəbir”in qərargah rəisi Aleksey Alpatov və polisin xüsusi təyinatlılar qərargahının əməliyyat komissarı Sergey Volostnıx da olub. Əvvəllər Volostnıx Daxili İşlər Nazirliyinin narkotiklərlə mübarizə baş idarəsinin “Qrom” xüsusi təyinatlı dəstəsinin əməkdaşı olub.

Dəstə üzvlərinin saxlanılması milli qvardiyanın iştirakı ilə baş tutub. Cinayət işi üzrə ümumilikdə 15 nəfər saxlanılıb. Onların əksəriyyəti Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa və Korrupsiyaya Qarşı Mübarizə İdarəsində xidmət edib və hazırda işdən çıxıblar.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR