İnsanlara hürriyət, millətlərə istiqlal!

Keyt Midlton xəstəxanaya yerləşdirilib

602 18.01.2024 12:36 Dünya A A

Şahzadə Uilyamın həyat yoldaşı şəhzadə Keyt Middlton xəstəxanaya yerləşdirilib.

Axşam.az xəbər verir ki, bu haqda ingilis mediası məlumat yayıb. Bildirilib ki, qəfil halı pisləşən Midlton xəstəxanaya aparılıb. O, təcili əməliyyat olunub.

Xəbəri Kensinqton sarayından təsdiqləyiblər. Mətbuat xidməti rəsmi açıqlamada yazır ki, Uels şahzadəsi planlaşdırıldığı kimi və ən əsası müvəffəqiyyətlə qarın əməliyyatı keçirib. Həkimlərin göstərişinə görə, Keyt bir neçə gün xəstəxanada qalmalı və sonra müalicəsini evdə davam etdirməli olacaq.

Saray onun Pasxa bayramına qədər kral vəzifələrini yerinə yetirməyəcəyini vurğulayıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR