İnsanlara hürriyət, millətlərə istiqlal!

Kəşfiyyat rəisindən və Lavrovdan ŞOK "Vaqner" açıqlamaları - Hər metrdə... CANLI

1480 30.06.2023 15:48 Son xəbər A A

Rusiya təhlükəsizlik orqanlarına “Vaqner” Xüsusi Hərbi Şirkətinin rəhbəri Yevgeni Priqojini öldürmək tapşırılıb”.

Musavat.com xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov deyib.

Onun sözlərinə görə, bu, asan məsələ deyil, ona görə də bir az vaxt aparacaq: “Təhlükəsizlik orqanlarının bunu bacarıb-bacarmayacaqları təbii ki, sual altındadır”.

K.Budanov bildirib ki, Ukrayna kəşfiyyatı belə bir silahlı qiyamın baş verəcəyindən xəbərdar idi:

“Rusiya daxilində sabitliyi pozmağa yönəlmiş hərəkətlər Ukrayna üçün faydalıdır. Lakin proses uzun çəkmədi. Ona görə də qiyamın müharibəyə təsirindən danışmaq olmaz”.

"Vaqner" Özəl Hərbi Şirkətinin Afrikada olması məsələsi birbaşa Afrika ölkələrinin bu şirkətlə bağladığı müqavilələrlə tənzimlənir.

Rusiya Xarici İşlər naziri Sergey Lavrov yerli və xarici media üçün keçirdiyi onlayn birifinqdə bildirib. Muzdlu silahlı birləşmənin Afrika ölkələrindəki taleyinə aydınlıq gətirən Rusiya XİN başçısı vurğulayıb ki, Afrika ölkələri ilə "Vaqner" arasında müqavilələrin taleyi bu dövlətlərin özlərindən asılıdır.

TVMusavat-ın saat 16:00-da canlı efirində politoloq Murad Sadəddinovla Rusiyadakı hadisələri müzakirə edirik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR