İnsanlara hürriyət, millətlərə istiqlal!

Kənd məktəblərində müəllim çatışmır

1017 15.06.2022 08:30 Təhsil A A

Təhsil eksperti: “Hər il qəbul imtahanlarında xüsusilə regionlarda zəif nəticə göstərilir”

Ötən il I-IV ixtisas qrupları üzrə qəbul imtahanlarında abituriyentlərin 44,3% imtahandan “2", 20,3%-i ”3", 25,5%-i “4", 10%-i isə ”5" qiymət alıb. Bu barədə Dövlət İmtahan Mərkəzinin “Abituriyent 12" jurnalında qeyd olunub.

Bildirilib ki, 2020-ci ildə bu göstəricilər ötənilki nəticələrə uyğun olaraq, 42,8%, 21%, 26,6%, 9,7% olub. Göründüyü kimi, keçən il “2" və ”5" qiymət alanların faizi nisbətən artıb, “3" və ”4" qiymət alanların faizi isə nisbətən azalıb.

“Təbii ki, qəbul imtahanlarında iştirak edən abituriyentlərin topladıqları balların paylanması strukturunda və qəbul planında baş verən dəyişikliklər qəbul olan abituriyentlərin ballarının paylanmasında da öz əksini tapıb. Qəbul olanların topladıqları balların paylanma diaqramından görünür ki, onların 29,9%-ni ”3", 47,2%-ni “4", 18%-ni isə ”5" qiymət alanlar təşkil edib. 2020-ci ildə bu göstəricilər uyğun olaraq, 27,1%, 50,3%, 17,8% olub.V ixtisas qrupu üzrə ərizə verib qəbul imtahanında (cari ilin məzunları üçün tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında) iştirak edən və qəbul olan abituriyentlərin bal göstəriciləri isə aşağıdakı diaqramlarda təsvir edilib. Bu imtahanlarda toplanılması mümkün olan maksimal bal 300-dür. Qəbul (buraxılış) imtahanlarında iştirak edən abituriyentlərin 43,43%-nin topladığı bal 100-dən aşağıdır. Qəbul olan abituriyentlər arasında 30-dan az bal toplayan yoxdur. Təəssüflə qeyd etmək lazımdır ki, bu il Ağsu, Daşkəsən, Astara, Göygöl, Samux, Kürdəmir, Ağdaş, Ucar, Goranboy, Şamaxı, Qobustan, Saatlı, Zərdab rayonlarının və Naftalan şəhərinin cari il məzunlarını təmsil edən abituriyentlərin 20%-dən çoxunun qəbul imtahanlarında topladığı bal 100-dən aşağı olub", - jurnalda qeyd edilib.

Ümumiyyətlə, araşdırmalar da onu göstərir ki, hər il qəbul imtahanlarında xüsusilə regionlarda zəif nəticə göstərilir. Bəs nə etməli? Təhsilin səviyyəsini artırmaq üçün hansı təhsil proqramları həyata keçirilməlidir?

Məktəblinin dostunu görəndə “dovşana”, yeni kadrları görəndə “əjdahaya”  dönən direktorlar...-Elşən Qafarov - AzEdu.az AZƏRBAYCAN TƏHSİL PORTALI

 Elşən Qafarov

Mövzu ilə bağlı təhsil eksperti Elşən Qafarov “Yeni Müsavat”a danışıb: “Adətən müəllimlərin işə qəbulu zamanı imtahanlardan yüksək nəticə əldə edənlər şəhər yerlərinə yerləşdirilir, daha aşağı bal toplayanlar isə həmişə regionlara, kəndlərə göndərilir. Ona görə də nəticə göz önündədir. Qeyd edim ki, hazırda da kənd məktəblərində xeyli kadr çatışmazlığı var. Xüsusən də xarici dil, biologiya fənni üzrə kadr çatışmazlığı çoxdur. Bölgələrə müəllimlərin cəlb edilməsi üçün cəlbedici proqramlar yoxdur.

Daha bir məsələ, müəllimlərin əmək haqqı onların minimum yaşayış şəraitlərini təmin etmir. Ölkədə minimum yaşayış səviyyəsi 200-220 manat nəzərdə tutulubsa, ailədə 4 nəfər varsa, demək ki, ayda evə 800 manat gəlir gəlməlidir. Amma bir müəllimin orta əmək haqqı 450-500 manat civarındadır ki, bu səbəbdən müəllimlər işdən sonra repetitorluq işi axtarır. Repetitorluq da əsasən şəhər yerlərində çox olur. Ucqar kəndlərdə insanlar 20 manat belə repetitora pul verə bilmir. Ona görə də ucqar yerlədə, regionlarda təhsilin  səviyyəsi aşağıdır.

Təhsil proqramlarına gəldikdə, istənilən təhsil proqramı dövlət standartlarına uyğun olaraq müəyyənləşdirilir. Bundan əvvəl 2010-cu ilin 3 iyun tarixində Nazirlər Kabinetinin 103 nömrəli qərarı ilə ümumtəhsil pilləsində dövlət standartları və təhsil proqramları qəbul edilmişdi. Sonra isə  2017-ci ildən məsələyə baxış dəyişdi və artıq dövlət standartlarını Nazirlər Kabineti, təhsil proqramlarını isə Təhsil Nazirliyi təsdiq edir. Məsələn, 2019-cu ildə məktəbəqədər təhsil standartları təsdiq edilmişdisə, onun təhsil proqramları 2022-ci ildə qəbul  edildi və adı da qoyuldu ki, məsələ pandemiyaya görə gecikib. Ümumtəhsilin dövlət standartları isə 2020-ci il 29 sentyabrda qəbul edilib, lakin hələ də yeni dövlət standartlarına uyğun təhsil proqramları qəbul edilməyib. Ona görə də ümumtəhsil pilləsində artıq 2 ildir hansı təhsil proqramına uyğun təhsil keçirilir, məlum deyil. Əgər desək ki, 2010-cu ildə qəbul edilmiş təhsil proqramlarına uyğun keçirilir, amma axı artıq dövlət standartları dəyişib, artıq köhnə proqramlar qüvvədə olmamamlıdır, yenisi qəbul edilməlidir. Amma qeyd etdiyim kimi, 2 ildir ki, yeni dövlət proqramı qəbul edilməyib. Ümumiyyətlə, təhsilin idarə edilməsində, təhsil  prosesinin təşkilində hüquqi sənəd baxımından çox ciddi problemlərimiz var".

Təhsil eksperti Kamran Əsədov da yeni təhsil proqramlarına ehtiyac olduğunu bildirdi: “Orta ümumtəhsil məktəblərini 85 minə yaxın şagird bitirir və biz hər il qəbul və buraxılış imtahanı nəticələrini təhlil edəndə müxtəlif nəticələri görə bilirik. Hər il rayonlar, eyni zamanda Bakı şəhəri üzrə olan məktəblərin məzunları arasında ali məktəblərə qəbul ola bilməyən kifayət qədərdir. Məsələn, Bakıda 2021-ci ildə 152 saylı orta məktəbin bir məzunu belə ali məktəbə qəbul olmayıb. Yaxud da Masallının bir neçə kəndi var ki, məsələn, Çayqırağı kəndinin bir şagirdi belə ali məktəbə daxil olmayıb”.

XALIDƏ

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR