İnsanlara hürriyət, millətlərə istiqlal!

Keçmiş "Survivor" iştirakçısı intihara cəhd etdi - VİDEO

1095 26.10.2022 20:19 Hadisə A A

Keçmiş "Survivor" iştirakçısı Taner Tolqa Tarlacı intihara cəhd edib. 

BAKU.WS xəbər verir ki, o, Şimali Kiprdə cəza aldığı həbsxanada biləklərini kəsərək intihar etmək istəyib. Həbsxana nəzarətçiləri dərhal müdaxilə edərək onun bu cəhdinin qarşısını alıblar. 

Türkiyədə bəzi səbəblərə görə ittiham olunan Tolqa Şimali Kiprə qaçaraq həbsdən canını qurtarmaq istəyib. Lakin orada da tutularaq həbs olunub.

Qeyd edək ki, Tolqa "Survivor" yarışması zamanı türkiyəli prodüser və aparıcı Acun Ilıcalıya söyüş söyməsi ilə müzakirələrə səbəb olmuşdu.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR