İnsanlara hürriyət, millətlərə istiqlal!

Keçmiş Stalinsk şəhərinin meri Stalinə abidə qoyacaq

584 08.02.2024 11:25 Dünya A A

Rusiyada Novokuznetsk şəhərinin meri Sergey Kuznetsov İosif Stalinin abidəsinin qoyulması ilə bağlı xalqla məsləhətləşməyə çağırıb.

Musavat.com xəbər verir ki, o, bu barədə “YouTube” kanalında bildirib.

Mer qeyd edib ki, liderin xatirəsini əbədiləşdirmək lazımdır, çünki Novokuznetsk əvvəllər Stalinsk adlanıb. Kuznetsovun sözlərinə görə, şəhərin sovet dövlət xadimi ilə gözəgörünməz əlaqəsi var.

Bununla yanaşı, şəhər rəhbəri sakinlərin Stalinin abidədə tək və ya xalqla birlikdə təsvir olunması barədə qərar verməsini vacib hesab edib.

“Biz elə etməliyik ki, heç kimi incitməyək. Tarixi dialektika baxımından Stalin ziddiyyətli şəxsiyyətdir. Onun incitdiyi, məhv etdiyi insanlar var. Ancaq ümumilikdə Stalinin sayəsində çox şey edilib”, - Kuznetsov izah edib.

2023-cü ildə o, Leninsk-Kuznetsk şəhərinə analoq olaraq şəhərin adına “Stalinsk” sözünün əlavə olunmasını təklif edib.

Bundan əvvəl bildirilmişdi ki, Kirov vilayətinin Orlov şəhərinin sakinləri uşaq parkında Stalinin abidəsi qoyulandan sonra prokurorluğa şikayət ediblər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR