İnsanlara hürriyət, millətlərə istiqlal!

Keçmiş səfirdən sülh müqaviləsi ilə bağlı SENSASİON AÇIQLAMALAR: “Ermənistan masaya oturmasa...”

3303 04.01.2024 20:43 Siyasət A A

“Bakı yaxın vaxtlarda Azərbaycan və Ermənistan rəsmiləri arasında sülh sazişi layihəsi üzrə danışıqların növbəti mərhələsinin keçiriləcəyinə ümid edir”.

Bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Estoniyanın ERR yayım şirkətinə müsahibəsində deyib.

ELCIN .png (412 KB)

O bildirib ki, kommunikasiyaların açılması Azərbaycan və Ermənistan arasında bütün sülh prosesinin tərkib hissəsidir.

Lakin Ermənistan hər vəchlə sülh prosesindən yayınmağa çalışır.

Belə olan təqdirdə bu il sülh müqaviləsinin imzalanması nə dərəcədə real görünür?

hulusi.jpg (65 KB)

Türkiyənin Azərbaycandakı sabiq fövqəladə və səlahiyyətli səfiri, “İMZA” İctimai Birliyinin Türkiyə təmsilçisi Hulusi Kılıç Musavat.com-a açıqlamasında bildirib ki, Ermənistanın sülh müqaviləsinə ehtiyacı var:

“2023-cü ilin 19-20 sentyabrında CAN Azərbaycan apardığı antiterror tədbirlərindən sonra öz ərazi bütövlüyünü bərpa etdi. Bu həqiqət bu şəkildə də davam edəcək. Azərbaycan torpaqlarına hər hansı hücum olarsa, Şuşa Bəyannaməsinə görə Türkiyə də hərəkətə keçəcək. Ermənistan bu barədə mütləq düşünməlidir. Ermənistan parlamentinin sədri Alen Simonyan, xarici işlər naziri Ararat Mirzoyan 2023-cü ilin sonuna qədər sülh sazişinin imzalanacağını bildirirdilər. Amma bu, reallaşmadı.

Azərbaycan sülh sazişini imzalamağa hazırdır. Qarabağ savaşından 3 il keçib. Azərbaycan əvvəldən də hazır idi, bu gün də hazırdır. Dolayısı ilə, Ermənistanın bir an öncə masaya oturması lazımdır”.

Keçmiş səfirin sözlərinə görə, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasından sonra Türkiyə-Ermənistan əlaqələri də normallaşacaq:

“Ermənistan bu durumdan qazanclı çıxacaq. Azərbaycanın sülh müqaviləsini imzalamağa ehtiyacı yoxdur. Ermənistan tələsməlidir ki, öncə Azərbaycanla əlaqələr normallaşsın, sonra Türkiyə ilə münasibətlər normallaşacaq.

NİKOL PASİNYAN.jpg (425 KB)

Bəli, bu müqavilə indiyə qədər imzalana bilərdi, amma bəzi çevrələr buna əngəl olur. Birincisi - diaspora, ikincisi - kilsə, üçüncüsü - Fransa. Başqa ölkələr də var, amma əsas qüvvələr adlarını çəkdiklərimdir. Rusiya və ABŞ da istəyir ki, sülh müqaviləsi onların nəzarəti altında imzalansın. Bu müqavilənin imzalanması üçün başqa ölkələrdən kömək istəmək vaxt itkisindən başqa bir şey deyil. Ermənistan hazırdırsa, bu müqavilə Gürcüstanda imzalana bilər. Çünki Gürcüstan bir region ölkəsidir. Gürcüstan həm Ermənistanın qonşusudur, həm də hər iki ölkə ilə əlaqələri yaxşıdır. Sülh müqaviləsi Gürcüstanda imzalansın. Supergüclərin burada olmasına ehtiyac yoxdur. Region ölkəsi olmayan ABŞ, Fransa və digərləri bu işə qarışmamalıdır. Qazax görüşlərində, əsir mübadiləsində olduğu kimi, Azərbaycan və Ermənistan başqa ölkə olmadan da danışıqlar apara bilər”.

Hulusi Kılıç vurğulayıb ki, bölgədə sülh və sabitliyin olması üçün Ermənistan mümkün olduğu qədər tez sülh müqaviləsini imzalamalıdır:

“Bu, həm bölgə, həm də dünya üçün vacibdir. Bu gün bölgədə sülh olarsa, hər kəs bundan istifadə edər. Amma bəzi güclər bölgədə sülh istəmirlər və duruma burun soxurlar. Dolayısı ilə, bu ölkələrin mümkün olduğu qədər tez aradan çıxıb səslərini kəsmələri lazımdır.

Sülh müqaviləsinin imzalanması əlbəttə, Ermənistandan asılıdır. Sülh sazişi Ermənistanın xaricdən aranı qarışdıran gücləri susdurub real bir dövlət olduğuna inandığı an imzalana bilər. Ermənistan gerçək bir dövlət, qonşularla əlaqələrə önəm verən, erməni xalqının gələcəyini düşünən bir dövlət olduğu zaman sülh sazişi imzalana bilər. Sülh müqaviləsinin imzalanması erməni xalqına çox fayda gətirəcək, Ermənistan bölgədəki inkişafdan öz payını alacaq. Ali Baş Komandan İlham Əliyev hər dəfə deyir – Azərbaycanın erməni xalqı ilə düşmənçiliyi yoxdur. Keçmişdə bərabər yaşayıblar, gələcəkdə də yaşayacaqlar. Azərbaycanda yaşayan 30 mindən çox erməni kökənli Azərbaycan vətəndaşı var. Yetər ki, Ermənistan sülh müqaviləsini imzalamağa hazır olsun. Biz Türkiyə olaraq mümkün olduğu qədər tez bir zamanda müqavilənin imzalanmasını gözləyirik. Türkiyə hər zaman Azərbaycanın haqlı davasını dəstəkləyəcək, hər zaman Azərbaycanın yanında olacaq!”

Aytən Novruz
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR