İnsanlara hürriyət, millətlərə istiqlal!

Keçmiş Özbəkistan prezidentinin qızı malikanəsini 36 milyon dollara SATDI

986 17.02.2024 00:29 Dünya A A

Özbəkistanın birinci prezidentinin kiçik qızı Lola Kərimova-Tillyayeva və onun əri Timur Tillyayevlə əlaqəli şirkət Beverli Hillsdəki “Le Palais” malikanəsini 36 milyon dollara satıb.

Musavat.com xəbər verir ki, “The Wall Street Journal”ın yazdığına görə, alıcının adı məlum deyil.

Təxminən 4450 kvadratmetr sahəsi olan malikanə 2013-cü ildə alınıb.

“Variety”nin məlumatına görə, cütlük onu 33 milyon dollara alıb: “Məhəmməd Hadidin tikdirdiyi bu nəhəng malikanənin qapalı hovuzu, 200 qonaqlıq bal zalı, 40 nəfərlik kinoteatrı, 10-dan çox avtomobil tutumu olan yeraltı qarajı və masaj otağı var”.

Lola Kərimova-Tillyayeva və Timur Tillyayev “The Wall Street Journal”ın sorğularına cavab verməyiblər.

Lola Kərimovanın Los-Ancelesin ən dəbli və məşhurlar tərəfindən sevilən Bel Air bölgəsində dörd dəbdəbəli sarayın sahibi olması faktı 2015-ci ildə məlum olub. 2020-ci ildə üç villanın satıldığı bildirildi. Bu villalar 2014-cü ildə 16,1 milyon dollara alınıb və icarəyə verilib. Lola Kərimova və Timur Tillyayev “Variety”nin məlumatına görə, Beverli Hillsdəki “Le Palais” malikanəsində yaşayırdılar. Malikanədən Lola Kərimovanın "The Harmonist" adlı ətir mağazasına piyada az məsafə var.

Bu ev onların ən bahalı mülkü deyil. Nəşr yazıb ki, ailə Beverli Hills, Paris və İsveçrə arasında yaşayır. Onların Cenevrədə 47 milyon dollara aldıqları ev var.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR