İnsanlara hürriyət, millətlərə istiqlal!

Keçmiş məhkum qadın narkotikə görə saxlanıldı - FOTO

536 14.12.2022 11:20 Kriminal A A

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinlərindən güclü təsiredici xassəyə malik natkotik və psixotrop maddələr aşkar edilərək götürülüb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Musavat.com-a verilən məlumata görə, Bərdə RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri ilə rayon sakinləri, əvvəllər məhkum edilmişlər Xəyalə Cəfərova və Malik Məmmədov saxlanılıblar. Onların üzərində aparılan şəxsi axtarış zamanı X.Cəfərovadan külli miqdarda heroin və M.Məmmədovdan isə heroin və metamfetamin aşkar edilərək götürülüb.

Adıçəkilən şəxslərlə bağlı Bərdə RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə onların barəsində həbs qətimkan tədbiri seçilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR