İnsanlara hürriyət, millətlərə istiqlal!

Kazinoda fotosu çəkilən deputat: “Qumarın qadağan edilməsinin tərəfdarıyam”

11575 16.07.2023 18:36 Son xəbər A A

Qazaxıstan parlamentinin deputatı Bakıtjan Bazarbek kazinoda çəkilmiş şəkillərinin sosial şəbəkədə yayılması ilə bağlı açıqlama verib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, deputat Facebook-dakı səhifəsində status yazaraq həqiqətən şəkillərdə görünən şəxsin özü olduğunu təsdiqləyib: “Göstərilən şəkil 7 ay əvvəl, daha dəqiq desək, 2022-ci il dekabrın 24-də Konayev şəhərində, “Bellagio” kazinosunda çəkilib. O zaman mən və həyat yoldaşım məşhur pop-qrupun konsertinə getmişdik və bu, mənim deputat seçilməyimdən öncə olub. Fotonun arxa fonuna fikir verirsinizsə, orada yolka var və mən qış sviteri geyinmişəm. Dostlar, mən qumarbaz deyiləm, heç vaxt oyunlara aludə olmamaışam, kazinoda oynamamışam. Bunu oynayanlara ayaq üstə durub baxmağım və ya həyat yoldaşımın yanında oturub çay içməyim də göstərir”.

64b3d98bd431b748456790.jpg (89 KB)

Onun sözlərinə görə, o, deputat seçilənə qədər torpaq məsələləri üzrə peşəkar kommersiya hüquqşünası olub.

“Həyatımda heç vaxt dövlət qulluğunda işləməmişəm və kommersiya hüquqşünası kimi vaxtımı harada və necə keçirməyi sırf şəxsi işim hesab edirəm. Məncə, hamı bununla razılaşar. Bu şəkillərin aradan 7 ay keçəndən, mənim parlamentdəki fəal hərəkətlərimdən sonra dərc olunması təsadüfi deyil və bunun səbəbləri var”, - Bazarbek vurğulayıb.

“Bu yalan məlumatı yayanlar məni xalqın gözündən salmaq, məni ləkələmək və bununla da torpaq münasibətlərində korrupsiya ilə mübarizə səylərimi minimuma endirmək məqsədi güdürlər”, - o əlavə edib.

Bakıtjan Bazarbek bunun sırf təxribat olduğunu və onun deputatlıq fəaliyyətinə maneçilik törətməyə hesablandığını bildirib: “Bütün bunların arxasında duranların adları məlumdur. Bunun kimə sərfəli olduğunu ancaq təxmin etmək olar”.

Bu arada deputat qeyd edib ki, o, qumar biznesinə tam qadağa qoyulmasının tərəfdarıdır.

"Mən qumar oyunlarının qadağan edilməsinə səs verən, petisiyanı ilk imzalayan, qumarla mübarizə aparan ilk şəxs olacağam", - deputat deyib.

Bazarbek onu da əlavə edib ki, qumar biznesi oliqarxların və qismən xaricdə yerləşən platformaların əlində olduğundan bununla məşğul olmaq asan deyil.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR