İnsanlara hürriyət, millətlərə istiqlal!

Kanadada dörd uşaq balıq tutarkən öldü

884 04.06.2023 19:52 Hadisə A A

Kanadanın Kvebek əyalətində 4 uşaq balıq tutarkən onları su aparıb.

Musavat.com report-a istinadən xəbər verir ki, bu barədə "Reuters" yerli polisə istinadən məlumat yayıb.

Hadisə Kot Nor bölgəsindəki Portnöf-Sür-Merdə Müqəddəs Lourens çayında 11 nəfərdən ibarət qrup suda olarkən baş verib.

Məlumata görə, güclü axın 4 uşaq və 30 yaşlı kişi olmaqla 5 nəfəri aparıb. Daha sonra xilasedicilər huşsuz vəziyyətdə olan uşaqları taparaq xəstəxanaya çatdırıblar və onların öldüyü məlum olub.

İtkin düşən kişinin isə axtarışları davam edir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR