İnsanlara hürriyət, millətlərə istiqlal!

“KAMRANLA 1” – Kamran Həsənli və Sevinc Telmanqızı gündəmi müzakirə edir - Putin Ukraynada "Krım planını" işə saldı

628 09.06.2022 15:53 Gündəm A A

Ukraynanın Xerson və Zaporojye vilayətlərində Rusiya tərəfindən təyin olunmuş hakimiyyət administrasiyaları bu ərazilərin Rusiyaya birləşdirilməsinə dair referenduma hazırlıq işlərinə başladıqlarını bildiriblər.

Bundan az əvvəl bu vilayətlərə Rusiya prezidenti administrasiyası başçısının birinci müavini Sergey Kiriyenko səfər etmişdi. Hazırda ən azı Xerson vilayətinin Krımda olduğu kimi Rusiyaya birləşdirilməsinin həyata keçirilməsi nəzərdə tutulur.

Lakin Kiriyenkonun özü bu barədə heç bir bəyanatla çıxış etməyib.
Rusiya Ukraynaya əsassız və səbəbsiz müdaxilə edəndən sonra hazırda Xerson şəhəri də daxil Xerson vilayətinin böyük bir hissəsi Rusiya işğalı altındadır. Zaporojye vilayətinin də əhamiyyətli hissəsi işğal altında olsa da, Zaporojye şəhərinin özünə Ukrayna silahlı qüvvələri nəzarət edir.

Xatırladaq ki, Kiriyenko iyunun 7-də əvvəlcə Xersonda, daha sonra isə Zaporojyedəki Melitopol şəhərində olub. Kiriyenko ilə söhbəti barədə danışan Rusiya Dövlət Dumasının deputatı İqor Kostyukeviç deyib ki, Xerson vilayətinin Rusiyanın tərkibinə daxil edilməsi Krımın birləşdirilməsi ilə eyni mexanizmlə həyata keçiriləcək.

Zaporojye vilayətinə Moskva tərəfindən başçı təyin edilmiş Vladimir Roqov deyib ki, vilayətdə Rusiyanın tərkibinə daxil olmaq barədə referendum keçirilməsinə dair “qətiyyətli qərar” qəbul edilib.
Bu məlumatları Rusiyanın dövlət RIA Novosti agentliyi yayıb.

2014-cü ildə Krımda və Simferopolda keçirilmiş referendumların nəticəsinə görə Krım yarımadası Rusiyaya birləşdirilib.

Bu və gündəmdəki digər mövzuları bu gün saat 16.00-da aparıcı Kamran Həsənli ilə “Kamranla 1” verilişində müzakirə edəcəyik. Aparıcı Sevinc Telmanqızı soruşacaq, K.Həsənli cavablayacaq. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

Youtube səhifəsinin ünvanı:


Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR