İnsanlara hürriyət, millətlərə istiqlal!

KAMRANLA 1 – İlham İsmayıl Kamran Həsənlinin suallarını cavablayır

702 13.06.2022 15:20 Gündəm A A

“Ukrayna Prezidenti Volodimir Zelenski qarşıya iki proqram qoyub: minimum və maksimum”. Bunu Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak Belarusda çıxan “Zerkalo” qəzetinə müsahibəsində bildirib. “Prezidentin təklif etdiyi minimum proqram Rusiya qoşunlarının fevralın 23-dəki mövqeyinə çəkilməsidir. Bundan sonra biz bir-birimizə qarşı bütün iddiaları müzakirə edə biləcək sülh danışıqlarına başlaya bilərik. Maksimum tapşırıq isə Ukraynanın beynəlxalq səviyyədə tanınan sərhədləri daxilində ərazi bütövlüyü, Rusiyanın məğlubiyyəti və dəyişikliyin edilməsindən ibarətdir. Əks halda Rusiya zəhərli təbliğat aparacaq, revanşist ovqatla yeni müharibənin bərpasına səy edəcək. Problem budur”, - o vurğulayıb.

M.Podalyak deyib ki, Ukrayna Rusiyaya ərazilərini tərk etməsi zəruriliyini sübuta yetirənədək müharibə davam edəcək: “Bu, çox mürəkkəb və çətindir. Bunu sübut etmək üçün hər gün qəhrəman oğullarımız həlak olur. Həmin insanlar dövlət üçün əlavə dəyər yaradırlar. Bizim adamlar belədir. Onlar həlak olurlar. Bu o deməkdir ki, biz son dərəcə vacib olanı Ukrayna üçün itiririk. Bu bizim qızıl sərvətimizdir. Qiymətimizi aşağı salacaq mexanizm tapmaq mümkün deyil. Rusiya Federasiyasının nə qədər ödədiyi məni maraqlandırmır. Bu bizim üçün yüksək qiymətdir. Ancaq buna baxmayaraq, Rusiya uduzanadək mübarizəni aparacağıq”.

Ölkədə isə erməni xüsusi xidmət orqanlarının tələsinə düşən azərbaycanlı yeniyetmə qalmaqalı davam edir. Nə baş verir? Bunun arxasında böyük bir erməni planı dayanırmı? Rusiya-Ukrayna müharibəsinin bu günündə hansı tərəf daha böyük üstünlüyə malikdir?

Bu və gündəmdəki bir çox sualları bu gün TV Müsavatın efirində “Kamranla 1” verilişində aparıcı Kamran Həsənli təhlükəsizlik eksperti İlham İsmayılla müzakirə edəcək. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat


Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TV


Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR