İnsanlara hürriyət, millətlərə istiqlal!

Kamçatka sahilində 6,4 maqnitudalı zəlzələ olub

197 07.04.2023 09:03 Son xəbər A A

Sakit okeanda Rusiyanın Petropavlovsk-Kamçatski şəhərindən 445 kilometr, Severo-Kurilskdən 153 kilometr aralıda 6,4 maqnitudalı zəlzələ olub.

“Report” xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka bölməsinin saytında məlumat verilib.

Yeraltı təkanları Severo-Kurilsk sakinləri hiss ediblər. Zəlzələnin ocağı 94,3 km dərinlikdə yerləşib. Daha sonra Severo-Kurilskdən 136 kilometr aralıda 4 maqnitudalı zəlzələ olub.

İlkin məlumata görə, tələfat və dağıntı yoxdur. Sunami təhlükəsi elan edilməyib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR