İnsanlara hürriyət, millətlərə istiqlal!

Taleh Yüzbəyovun xanımı xəstəxanaya yerləşdirildi

806 22.07.2026 18:05 Şou-biznes A A

Aktyor Taleh Yüzbəyovun həyat yoldaşı, bloger Xatirə Yüzbəyova xəstəxanaya yerləşdirilib.

Musavat.com xəbər verir ki, bu barədə Xatirə Yüzbəyova sosial şəbəkə hesabında paylaşım edib.

Xəstəxanadan foto yayımlayan X.Yüzbəyova son vaxtlar yaşadığı stressin səhhətinə mənfi təsir etdiyini bildirib.

“Son zamanlar stressə bağlı olaraq nə düzgün qidalandım, nə düzgün yatdım. Gördüm vəziyyət daha da pisləşir, dərhal müalicəyə başladıq. Hər şey yaxşıdır, daha da yaxşı olacaq”, – deyə o paylaşımında yazıb.

Xatirə Yüzbəyova hazırda müalicəsinin davam etdiyini və səhhətinin yaxşı olduğunu vurğulayıb.

Könül
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR