İnsanlara hürriyət, millətlərə istiqlal!

"Kağızı pula çevirirəm" dedi və... - İnsanları GÖRÜN NECƏ ALDADIB - FOTO

922 02.02.2024 17:50 Dünya A A

Almaniya Saksoniya polisinin indiyədək heç vaxt qarşılaşmadığı qəribə hadisədən danışır.

Musavat.com xəbər verir ki, Lionel N. kimi tanınan 30 yaşlı afrikalı kişi özünü "Vudu sehrbazı" kimi təqdim edib və boş kağızları pula çevirə biləcəyini iddia edib. 

Alman mətbuatında yer alan məlumata görə, “Vudu sehrbazı”nın son qurbanı Almaniyanın Maqdeburq şəhərində yaşayan suriyalı ailə olub. Kamerunlu kişi boş kağızları “pul sehri” ilə pula çevirə biləcəyini və onlara böyük məbləğdə pul ödəyəcəyini iddia edib.

Lionelin pul sehri üçün tələb olunan maddələr xüsusi iksir və real pul olub. Ailə 15 min avronu dələduza verib və onlara vəd edilən pulu yanvarın 10-da almağa razılaşıb. Lakin “Vudu sehrbazı” göstərilən tarix və saatda Maqdeburqdakı Maritim hotelinə gəlməyincə ailə aldadıldıqlarını anlayıb və Lionelin arxasınca gediblər.

Ata və oğulları üzlərinə maskası taxaraq yanvarın 10-da axşam saatlarında həmin şəxsin yaşadığı mənzilə basqın ediblər. Ailə pullarını geri almaq üçün fırıldaqçıya işgəncə verib, evi alt-üst edib, lakin pullarını tapa bilməyiblər və bu səbəbdən kişini zorla maşınlarına mindirərək qaçırıblar.

Hadisə şahidlərinin sözlərinə görə, qaçırma zamanı silah səsləri də eşidilib.

Ailə yanvarın 12-də saat 02.30 radələrində mənzildə yenidən axtarış aparmaq istəsə də, onları orada xüsusi polis qrupları gözləyib. 48 yaşlı ailə başçısı Camal M. və onun iki oğlu hədə-qorxu ilə pul tələb etmək və adam oğurlamaqda ittiham olunub. "Vudu sehrbazı" Lionel N. isə dələduzluq ittihamı ilə hakim qarşısına çıxacaq.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR