İnsanlara hürriyət, millətlərə istiqlal!

Kadırovun ideyası havada qaldı, Rusiyada seçki təxirə salınmayacaq

624 09.10.2023 14:25 Son xəbər A A

Rusiyanın hazırkı prezidenti Vladimir Putin seçkilərin keçirilməsinin zəruriliyindən danışıb, Kreml onun sözlərini rəhbər tutur.

Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat katibi Dmitri Peskov Çeçenistan rəhbəri Ramzan Kadırovun xüsusi əməliyyata görə seçki kampaniyasını dayandırmaq ideyası barədə danışarkən bildirib.

Peskovun sözlərinə görə, hətta nəzəri cəhətdən kiminsə qarşıdan gələn seçkilərdə indiki Rusiya lideri ilə rəqabət apara bilməsi mümkün deyil.

"Biz Putinin sözlərindən çıxış edirik, o, konstitusiyanın bütün tələblərinə əməl olunmasından danışıb", - Kreml nümayəndəsi qeyd edib.

Oktyabrın 7-də Çeçenistan lideri prezident seçkilərinin Ukraynada xüsusi əməliyyat başa çatana qədər təxirə salınmasını təklif edib.

Bundan əvvəl Dövlət Dumasına Rusiyada prezident seçkiləri haqqında qanunun müddəalarını aydınlaşdıran qanun layihəsi təqdim edilib. Dövlət Dumasının Dövlət quruculuğu və qanunvericilik komitəsinin rəhbəri Pavel Krasheninnikov qanunun heç bir qlobal transformasiyaya məruz qalmayacağını, sənəd layihəsinin mövcud qanunvericilik sisteminə məqsədyönlü düzəliş olduğunu vurğulayıb.

Rusiyada növbəti prezident seçkiləri 2024-cü ilin martında keçirilməlidir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR