İnsanlara hürriyət, millətlərə istiqlal!

Kadırovun 18 yaşlı oğlunun ŞƏXSİ BATALYONU: Döyüşə getmədən böyük pullar alırlar

635 21.07.2026 15:45 Dünya A A

Çeçenistanda Rusiya Qvardiyasının (Rosqvardiya) respublika rəhbərinin 18 yaşlı oğlu Adam Kadırovun himayə etdiyi Baysanqur Benoyevski adına elitar batalyonu yaradılıb.

Musavat.com "Novaya Qazeta Yevropa" nəşrinə istinadən xəbər verir ki, hərbi bölmə Ukraynaya qarşı müharibədə iştirak etmək üçün formalaşdırılıb.

Lakin batalyonun döyüşçüləri əsasən Qroznıdakı hərbi hissədə qalırlar və döyüş əməliyyatlarında demək olar ki, iştirak etmirlər. Bununla belə, hərbçilər 195 min rubl məbləğində federal ödənişlər alıblar.

Jurnalistlər bölmənin döyüş bölgəsinə yalnız iki səfərini təsdiqləyə biliblər.

İlk səfər 2024-cü ilin yazında baş tutub, həmin vaxt Adam Kadırovun dostu, komandir Bekxan Çalayevin başçılığı ilə 20-yə yaxın döyüşçü Zaporojye vilayətinə yollanıb. İkinci səfər isə 2025-ci ilin avqustunda, artıq Çalayevin iştirakı olmadan reallaşıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR