İnsanlara hürriyət, millətlərə istiqlal!

Kadırov oğlunu hakimiyyətə gətirmir - Putinlə görüşün sirri

2089 02.04.2023 16:16 Gündəm A A

Müxalif “Novaya qazeta” nəşri Kadırovun səhhəti, zəhərlənməsi və hakimiyyəti oğluna təhvil verə biləcəyi haqda geniş məqalə dərc edib

Çeçenistan rəhbəri Ramzan Kadırovun səhhəti ilə bağlı spekulyasiyalar ötən ilin sonunda sosial şəbəkələrdə başlayıb və əsasən, eyni adamlar tərəfindən idarə olunan Telegram kanalları şəbəkəsi tərəfindən yayılıb. Lakin fevralın sonu - martın əvvəlində Kadırovun səhhəti mövzusu qəfil yenidən  aktuallaşdı.

Fevralın 21-də Ramzan Kadırov Putinin Federal Məclisə müraciəti üçün Moskvaya gəlmədi. Martın 3-də Vladimir Putin gözlənilmədən Çeçenistan rəhbərinin böyük oğlu, 17 yaşlı Axmatla görüşdü. Üstəlik, onu müşayiət edən Kadırovun özü deyil, Rusiya Federasiyası Prezidentinin iqlim məsələləri üzrə müşaviri Ruslan Edelgeriyev oldu.

kadr1.JPG (59 KB)

Həmin gün respublikada qalan Çeçenistan rəhbərinin özünün şərhindən yazıb ki, Putinlə görüş Axmata bir növ orijinal toy hədiyyəsi idi. Ertəsi gün həqiqətən də Axmat Kadırov evlənib. Putinlə görüşdə Axmatın babası və adaşının tarixi rolundan danışılıb. Bu görüş çoxlarına 2004-cü ildə atasının terror aktı zamanı öldürülməsindən sonra gənc Ramzanın Kremlə gəlməsini xatırladıb. Onun dövlət başçısı ilə görüşə gəldiyi idman kostyumu Rusiyanın tarixi yaddaşına həmişəlik düşüb. Məhz bundan sonra Kadırovun siyasi karyerası başladı. Bəs, indi eyni ssenarimi işə salınır? 

Almaniyanın “Bild” tabloidinin anonim mənbəyə istinadən Kadırovun böyrəklərinin xəstə olması barədə məqaləsi sualları daha da artırdı. Bu əsasda  Kadırovun Rusiya xüsusi xidmət orqanları tərəfindən zəhərləndiyi versiyası da  irəli sürüldü. Versiya peşəkar media tərəfindən də diqqətə alındıqda,  martın 13-də Ramzan Kadırov Vladimir Putinlə görüşmək üçün Moskvaya getdi.  

Bu görüşdən sonra Kadırov, nəhayət, səhhəti ilə bağlı yayılan şayiələrə ilk dəfə belə münasibət bildirdi: “Özlərini ölümcül xəstə olduğuma inandıranlara deyirəm: Sizi incitdiyimə görə üzr istəyirəm”.

kadr2.JPG (58 KB)

 Musavat.com xəbər verir ki, Rusiyanın tanınmış müxalif “Novaya qazeta” nəşri Kadırovun səhhəti, zəhərlənməsi və hakimiyyəti oğluna təhvil verə biləcəyi haqda geniş məqalə dərc edib. Onun zəhərlənəcəyi haqda versiyaya geniş toxunan nəşr Çeçenistanın özündə bu metoddan istifadəyə dair bir neçə faktları yada salıb. Nəşr ona işarə edir ki, Çeçenistanda “arzuedilməz adamlara” bu metod tətbiq edilibsə, Kadırov özünü bu təhlükədən qoruya bilərdi və zəhərlənməsi versiyası inandırıcı deyil.  

“Kadırov hakimiyyətə qarşı çıxan çeçen yaraqlısı deyil, FSB-dən qaçıb gizlənmir də, müxalifətçi siyasətçi deyil ki, onu zəhərləyib aradan götürməyə çalışsınlar. Kadırov Rusiya sisteminə tam inteqrasiya olunmuş siyasətçidir.Və onun bu sistemdən kənarlaşdırılması Kreml üçün problemlələr yaradar. Kadırov 17 yaşlı oğlunun Çeçenistana rəhbərlik edəcəyi bacaracağına inanacaq qədər sadəlövh deyil. 

kadr3.JPG (88 KB)

Birincisi, gənc yaşı qanunla bunu mümkünsüz edir.  İkincisi, Moskvanın respublikada hakimiyyət dəyişikliyi olacağı təqdirdə, regionun  idarəetmə modelinin yenidən “dövlət daxilində dövlət” prinsipi əsasında davam etdirəcəyi çox şübhəlidir. Buna görə də, Kadırovun öz övladlarını Rusiya hakimiyyətinin ən yüksək səviyyəsinə çıxarmaqda yeganə məntiqli izahı onların müdafiəsidir. Hadisələrin ən pis inkişafı zamanı Kadırovların ailənin toxunulmazlığını təmin etmək istəyir”. 

 Nəşr “Ramzan Kadırovsuz Çeçenistanı nə gözləyir” sualına cavab tapmağa da çalışıb: “Müstəqilliyi arzusunda olanlar bunun gerçəkləşməyəcəyi faktı ilə barışmalıdırlar. Nə Çeçenistanın özündə, nə də dünyaya səpələnmiş çeçen diasporlarında etirazçı siyasi potensial var”.

Orxan ƏLİYEV, 
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR