İnsanlara hürriyət, millətlərə istiqlal!

Kadırov çeçenləri yenidən müharibəyə göndərir: “Moskvanın intiqamını alacağıq” – Natiq Cəfərli ilə CANLIda

669 31.05.2023 11:15 Gündəm A A

Çeçen əsgərlər yerdəyişmə əmri aldılar. Onlar yaxın gələcəkdə “dxr” ərazisində aktiv döyüşlərə başlamağa hazır olacaqlar.

Bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov deyib.

“Dxr”in əraziləri məsuliyyət zonasına çevrilir. Orada döyüşçülər aktiv döyüş əməliyyatlarına keçəcək və bir sıra yaşayış məntəqələrini azad edəcəklər”, - Kadırov bildirib.

Ruslar dron və dəniz raketlərindən istifadə etməklə Ukraynaya birgə hücum hazırlaya bilər.

Bunu Ukrayna Silahlı Qüvvələrinin “Cənub” Birləşmiş Komandanlığının sözçüsü Natalya Qumenyuk deyib. "Düşmən davamlı olaraq reaktiv yaylım atəş sistemlərini hərəkətə gətirir. İndi üçü gündəmdədir: biri suüstü, ikisi sualtı. Bu, düşmənin yenidən müxtəlif sursatların qarışıq növündən - pilotsuz təyyarə hücumu ilə raket hücumunu qarışdıraraq məkrli hücuma hazırlaşdığını göstərir", - sözçü qeyd edib.

Bu və gündəmdəki digər xəbərləri bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində ReAL Partiyasının icra katibi Natiq Cəfərli ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/channel/UCtvU8QAYnxFG

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR