İnsanlara hürriyət, millətlərə istiqlal!

Jirinovskinin müavini köməkçi postunu satmaqda şübhəli bilinir

441 19.07.2024 13:00 Dünya A A

Dövlət Dumasının dələduzluqda şübhəli bilinən keçmiş deputatı Sergey Abeltsevin pul müqabilində bir nəfərə deputat köməkçisi olmağı təklif etdiyi bildirilir.

Musavat.com xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

İstintaq hesab edir ki, Abeltsev yüksək vəzifəli deputatlarla əlaqələri barədə yalan məlumat verib və bir nəfərə pul müqabilində deputat köməkçisi kimi işə götürülməsi ilə bağlı danışıqlar aparmaq imkanının olduğunu bildirib.

İyulun 18-də Zamoskvoreçski rayon məhkəməsi Abeltsevi xüsusilə böyük miqyasda dələduzluqda ittiham edərək həbs edib. Sonradan cinayət törətməkdə təqsirli bilinərsə, eks-deputatı 10 ilə qədər həbs gözləyir.

Abeltsev 1961-ci ilin mayında Moskva vilayətində anadan olub. Siyasətçi birinci, ikinci, dördüncü və beşinci çağırış Rusiya Federasiyası Dövlət Dumasının deputatı olub. O, hər dəfə RLDP-dən parlamentə seçilirdi. Abeltsev 10 ildən çox RLDP sədri Vladimir Jirinovskinin köməkçisi olub. 2022-ci ilin aprelindən 2023-cü ilin noyabrına kimi Dövlət Dumasında RLDP fraksiyası rəhbərinin birinci müavininin köməkçisinin vəzifəsini icra edib.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR