İnsanlara hürriyət, millətlərə istiqlal!

Jirayr Səfilyana Ermənistanı tərk etmək qadağan edilib

679 08.04.2023 16:33 Son xəbər A A

İrəvanın "Zvartnots" hava limanında terrorçu və Qarabağ canisi Jirayr Səfilyanın Ermənistanı tərk etməsinə qadağa qoyulub.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın "Milli demokratik qütb" adlanan təşkilatının mərkəzi ofisinin yaydığı bəyanatda deyilir.

Bəyanatda qismən deyilir: “Bir neçə saat əvvəl İrəvanın "Zvartnots" hava limanında "Milli demokratik qütb"ün şura üzvü Jirayr Səfilyana Ermənistan ərazisini tərk etmək qadağan edilib. Qadağanın Kassasiya tərəfindən tətbiq edildiyi barədə şifahi məlumat verilib”.

Jirayr Səfilyan 1-ci Qarabağ savaşında xüsusi qəddarlığı ilə seçiilən erməni quldurlarından biridir. Livan əsilli cani Şuşa, Ağdərə, Xocavənd və Ağdamın işğalında rol oynayıb.

Onunla bağlı son dövrlərdə ən hay-küylü hadisə 2016-cı ilin yayına təsadüf edir. Həmin ilin iyul ayında Jirayr Səfilyan başındakı dəstə ilə bilrikdə İrəvanın Erebuni rayonunda hərbi-patrul polisinin qərargahınıa basqın edib, orada bir neçə nəfəri girov saxlamışdı. Hadisə zamanı bir nəfər ölmüşdü.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR