İnsanlara hürriyət, millətlərə istiqlal!

İzmirdə helikopterin düşdüyü su anbarından üç nəfərin meyiti çıxarıldı

330 18.09.2023 18:37 Hadisə A A

Türkiyənin İzmir vilayətinin Menderes rayonunda ötən gün baş verən meşə yanğınına müdaxilə edən helikopter Tahtalı su anbarına düşüb. Helikopterdə olan heyət üzvlərindən biri qəzadan sağ çıxsa da, üç nəfər həlak olub.

Həyatını itirən üç nəfərdən birinin meyiti dağıntılar altından çıxarılıb. Meyitlərin yeri müəyyən edilən iki nəfərin çıxarılması üçün işlər davam etdirilir.

Türkiyənin İzmir vilayətinin Baş Prokurorluğu qəza ilə əlaqədar araşdırmanı iki prokurora həvalə edib.

Mənbə: NTV

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR