İnsanlara hürriyət, millətlərə istiqlal!

İvan yalnız nağıllarda həmişə qalib gəlib, amma...

993 16.08.2022 09:20 Yazarlar A A

Avqustla bağlı ümidlər böyük idi. Luqansk işğal olunanda Ukraynanın hərbi elitası bildirdi ki, bu, manevr xarakterli itkidir, qarşıdan daha mühüm döyüşlər gəldiyindən hərbi rəhbərlik canlı qüvvə və texnika ilə risk etməyib, rus ordusu ilə haqq-hesabı avqust ayına saxlayıbdı.

Avqust ayı həm də ona görə mühüm sayılırdı ki, bu vaxtdan etibarən NATO-nun silah - sursatı bu ölkəyə daxil olacaqdı. İndiyədək isə Ukrayna ordusu ruslara qarşı ötən əsrin əllinci illərinin silah-sursatı ilə döyüşürdü.

Artıq avqust da yarı olubdur. Ukrayna ordusu tərəfindən ciddi irəliləyiş sezilmir. Elə rus ordusu da yerində sayır, Ukraynanın şərqində ilişib qalıb. Amma ruslar bir az ümidlidirlər, çünki qarşıdan payız və xüsusən də qış gəlir. Bu günlərdə Ukraynanın ABŞ-dakı səfiri bildirdi ki, bəs rus ordusunun daha bir müttəfiqi var, bu, da qışdır.

Bəli, müharibə vaxtı iqlim şəraitini və coğrafiyanı nəzərə almamaq mümkün deyil. Ruslar özləri həmişə məhz bu amillərin sayəsində qalib gəliblər. Rus şaxtası və yolları daim bu ölkəyə hücum çəkən sərkərdələr üçün problem olubdur. İndi müharibə, əlbəttə ki, Rusiyanın ərazisində aparılmır. Amma Ukraynanın enerji problemi var və qışda onun qazsız qalacağı gözlənir. Bax, problem bundadır...

Avqustda ukraynalılar hərbi teatrda dönüş edə bilməsələr, deməli, onlar sonrakı dövrdə də bunu bacarmayacaqlar.

Hələlik ruslar hər şeyi işə salıb bir gün belə dayanmırlar - bütün cəbhələrdə ukraynalılara qarşı vuruşur, həm də hibrid müharibəsinin elementlərindən ukraynalılara qarşı istifadə edirlər. Amma onların da hərb atı Ukraynanın şərqində ilişib qalıbdır və bunu bir daha qeyd edirik.

O gün baxırıq, onlar amerikalıları yaponlardan üzr istəmədiklərinə görə qınayırlar.

Amma özləri bu vaxta qədər nə ediblər? Tarix boyu Ukraynanın azadlıq və istiqlaliyyət yolunda bir əngəl olublar.

İndi isə belə deyirlər ki, guya Ukrayna heç vaxt olmayıb, onu Lenin və tərəfdaşları yaradıblar! Amma SSRİ tarixindən yadımıza gəlir ki, Rusiya və Ukrayna 1654-ci ildə birləşiblər. Fəqət, kobzarların istiqlal və azadlıq savaşı bir an belə səngiməyib. İndi ruslar ukraynalıları faşizmdə qınayır, ona görə ki, guya onların bir hissəsi İkinci Dünya müharibəsi zamanı alman faşistlərilə əməkdaşlıq ediblər. Amma İkinci Dünya müharibəsi bütün sovet respublikalarını polyarizasiya etmişdi - onların bir hissəsi kommunistlərin, digər hissəsi isə faşistlərin tərəfində vuruşmuşdu. Belə bir vəziyyətin isə səbəbi bu idi ki, sovet insanları qırmızı terrordan, 37-ci ilin repressiyasından keçmişdi. İndi ruslar elə danışır ki, guya faşistlərin tərəfinə keçən və onların tərəfində vuruşan ruslar olmayıbdır! Axı vlasovçuları, Rus Azadlıq Ordusunu necə unutmaq olar? O ki qaldı ukraynalılara, onlar rusların əlindən daha nələr çəkməyib? Təkcə sovet dövründəki qolodomordan dörd miyondan çox adam həlak olmuşdu. Buna görə kimsə üzr istəmişdimi? Ukraynanın dağılmış şəhər və kəndlərinə görə kimsə üzr istəyirmi? Zaporojets AES-a bir şey olarsa, burada ikinci Çernobl baş verərsə, buna görə kimsə üzr istəyəcəkmi?...

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR