İnsanlara hürriyət, millətlərə istiqlal!

İTV-nin məşhur aparıcısı həyat yoldaşı ilə ROMANTİK GÖRÜNTÜLƏRİNİ paylaşdı FOTO

1996 06.08.2023 22:13 Şou-biznes A A

İTV-nin tanınmış xəbərlər aparıcısı Nərmin Salmanova dünən doğum gününü qeyd edib.

30 yaşını qeyd edən aparıcı sosial mediada həyat yoldaşı Arif Salahovla fotolarını paylaşıb, həm də səmimi etiraflar edib.

"Bu da 30-cu doğum günüm. Qəribədir, 5-ci ad günümü qeyd etdiyimizi dünən kimi xatırlayıram. O gündən belə artıq əsrin 1/4-i keçib. 30 ildə qazanacağım bilik, bacarıqlar, dostlar, nailiyyətlər, itirdiklərim, səhvlərim və doğru addımlarım, hamısı barədə o 5 yaşlı mənə kimsə gəlib danışsaydı, inanmazdım. Hələ son 10-15 ildə baş verənlər belə ayrıca film ssenarisidir. Keçmişə qayıdıb, keçmişdəki özümə deyəcək çox sözüm olardı, çox şeyi başqa cür etməyi, yaxın bildiklərimin bir qismindən uzaq durmağı, başqa qərarlar verməyi, seçimlər etməyi tövsiyə edərdim. Amma o məsləhətləri verəcəyim qız bu gün 30 yaşını qeyd edən mən olmayacaqdım. Bizi biz edən verdiyimiz qərarlardır. Xoşbəxtəm ki, bu gün ətrafımda gözəl ailəm, sevdiyim insanlar, sədaqətli dostlarım, özümə görə qərar tutduğum bir pillə var. Yeni yaşımda sevdiklərimin yanımda və xoşbəxt olmasını arzulayıram. Gücümü onlardan alıram. Gerisi ilə isə özüm bacararam. Hər zaman bacarmışam", - Nərmin Salmanova qeyd edib.

Cütlüyün romantik kadrları diqqət çəkib. (Publika.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR