İnsanlara hürriyət, millətlərə istiqlal!

İtkin düşən ana və üç oğlu tapıldı - YENİLƏNİB

1082 20.12.2022 10:53 Hadisə A A

Dekabr ayının 18-də Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinə G. Mehdiyeva və övladlarının itkin düşməsi ilə bağlı məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində həmin şəxslərin yeri müəyyən olunub.

Bu barədə Musavat.com-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib.

Qeyd edilib ki, G. Mehdiyeva izahatında yaşadığı evi özü tərk etdiyini bildirib və sonuncunun ailəsinə də məlumat verilib. Hazırda həmin şəxslər barəsində axtarış işi dayandırılıb.

***

Gəncədə ana 3 övladı ilə birlikdə itkin düşüb.

Musavat.com APA-ya istinadən xəbər verir ki, Gəncə şəhər sakini, 1990-cı il təvəllüdlü Gülnar Mehdiyeva övladları - 2007-ci il təvəllüdlü Rauf Mehdiyev, 2014-cü il təvəllüdlü Ayxan Mehdiyev və 2011-ci il təvəllüdlü Ümid Mehdiyevlə birgə yaşadıqları evdən çıxıb naməlum istiqamətə gedib.

Faktla bağlı araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR