İnsanlara hürriyət, millətlərə istiqlal!

İtaliyada süni ət istehsalı qadağan edildi, 60 min avro cərimə olacaq

581 19.11.2023 11:00 Hadisə A A


İtaliya parlamentinin aşağı palatası süni ət məhsullarının istehsalı, idxalı və satışını qadağan edən qanunun lehinə səs verib. 

Bundan əvvəl müvafiq səsvermə artıq yuxarı palatada (Senat) keçirilib və İtaliya Avropada belə bir qadağanı tətbiq edən ilk ölkə olub.

Qanuna əsasən heyvan hüceyrəsi və toxumalarından istifadə edilən qida və yem istehsalının satışına görə 60 min avroya qədər cərimə nəzərdə tutulur. Qeyd olunur ki, bu qanun “İtalyan mətbəxi”ni və kənd təsərrüfatı sektorunu qorumaq üçün hazırlanıb.

Qanun çərçivəsində bitkilərdən “steyk” və “salami” kimi adlar altında əldə edilən məhsulların satışı da qadağan edilib.

Xalidə,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR