İnsanlara hürriyət, millətlərə istiqlal!

İtaliya Ukraynaya 100 milyon avro ayırdı

299 17.02.2024 20:50 Dünya A A

İtaliya Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə birlikdə Ukrayna ilə ölkənin enerji sektorunu dəstəklənməsi üzrə müqavilə imzalayıb. İtaliya Xarici İşlər Nazirliyinin məlumatına görə, müqavilə İtaliyanın “Cassa Depositi e Prestiti” maliyyə institutu tərəfindən idarə olunan xüsusi fondun resursları hesabına 100 milyon avro məbləğində subsidiyalaşdırılmış kreditin şərtlərini müəyyənləşdirir.

Müqavilə Münhen təhlükəsizlik konfransının gedişində imzalanıb. İtaliya nazirliyinin məlumatına əsasə vəsait Ukraynanın əsas hidroenergetika şirkəti olan "Ukrhidroenerqo"ya dəstək üçün ayrılır. İtaliya krediti ümumi dəyəri 200 milyon avro olan proqramın tərkib hissəsi kimi ayırır. Qalan 100 milyon avronu birbaşa AYİB ayıracaq.

İtaliyanın xarici işlər naziri və baş nazirin müavini Antoni Tajani deyib: “İtaliya Rusiya təcavüzünün ilk günlərindən Ukraynanı dəstəkləyib və bu gün biz ukraynalı dostlarımıza enerji infrastrukturunun strateji sektorunda da kömək etməyə hazır olduğumuzu təsdiqləyirik”. O, həmçinin xatırladıb ki, Romanın G7-yə sədrlik etdiyi bu il ərzində Ukraynaya yardım prioritet olaraq qalacaq.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR