İnsanlara hürriyət, millətlərə istiqlal!

İtaliya gələn il də Ukraynaya hərbi yardımını əsirgəməyəcək: Qanun qəbul olundu

510 19.12.2023 22:52 Dünya A A

İtaliya Müdafiə Nazirliyi Romanın 2024-cü ildə Rusiya ilə müharibədə Ukraynaya dəstək vermək niyyətini təsdiqləyib: hökumət silah tədarükünün davam etdirilməsi haqqında qanun qəbul edib.

“The Guardian” Müdafiə Nazirliyinin bəyanatına istinadən xəbər verir ki, söhbət gələn ilin sonuna qədər Ukraynanın “vəsait, material və avadanlıq”la təmin olunmasından gedir. Media aydınlaşdırır ki, müvafiq təchizat təkcə silahları əhatə etməyəcək. Ukrayna Silahlı Qüvvələri üçün elektrik generatorları və digər mühüm resurslar da təmin olunacaq: "Silahsız mülki əhalinin müdafiəsi naminə hərbi əməliyyatları dəstəkləmək üçün lazım olan hər şey tədarük olunacaq".

Nazirlik bu qərarın təsdiqi üçün parlamentə də müraciət edəcəklərini vurğulayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR