İnsanlara hürriyət, millətlərə istiqlal!

İşxan Saqatelyan: "Bura parlament deyil, pavilyondur!"

572 24.05.2023 17:34 Son xəbər A A

"Bu parlament deyil, pavilyondur".

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözləri Ermənistan parlamentində “Hayastan” fraksiyasının deputatı İşxan Saqatelyan son insidenti şərh edərkən sərf edib.

Saqatelyan hakim “Vətəndaş sazişi” deputatlarını xuliqan adlandırıb.

Xatırladaq ki, bu gün Ermənistan parlamentində daha bir insident baş verib. Mübahisə nəticəsində müxalifət deputatları hakim “Vətəndaş sazişi” partiyasının nümayəndələri ilə əlbəyaxaya çıxıblar.
İnsident hakim “Hayastan” blokunun üzvü Artur Sarkisyanın çıxışından sonra baş verib. Məsələ burasındadır ki, Ermənistan parlamenti Korrupsiyaya qarşı mübarizə palatasına hakimlərin seçilməsi məsələsini mzakirə edirmiş. Ali Məhkəmə Şurası hakimlər Armen Danielyan, Yelizaveta Danielyan və Arsen Nikoqosyanın namizədliyini irəli sürüb.Onlardan Armen Danielyan vaxtilə Artur Sərkisyanın həbsi barədə qərar çıxarıb. Sonradan yuxarı instansiya tərəfindən ona bəraət verilib. Görünür Artur Sərkisyan hakimin parlament iclasına gəlməsini fürsət bilərək onunla haqq-hesab çürütmək istəyirmiş.

Nəticədə bütün bunlar söyüş, söz atışması və əlbəyaxa dava ilə nəticələnib. Məsələyə parlamentin daxili təhlükəsizlik işçiləri müdaxilə etmək məcburiyyətində qalıb. Onları Milli Assambleyanın sədri Alen Simonyan iclas zalına çağırıb.

Musavat.com

 

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR