Dünən İsveçrədə ölkə əhalisinin sayının 10 milyon nəfərlə məhdudlaşdırılması ilə bağlı referendum keçirilib.
Musavat.com xaricici mediaya istinadla xəbər verir ki, səsvermənin nəticələrinə görə, iştirakçıların təxminən 55%-i təşəbbüsün əleyhinə, 45%-i isə lehinə səs verib. Seçkilərdə iştirak edənlərin sayı 60% olub.
Təklif uzun müddətdir immiqrasiya əleyhinə platformada kampaniya aparan sağçı İsveçrə Xalq Partiyasından (SVP) gəlib. Bu səsvermə ölkə ilə Avropa İttifaqı arasında sərbəst hərəkət haqqında razılaşmanı təhlükə altına qoya bilər.
Hazırda İsveçrədə təxminən 9,1 milyon insan yaşayır, onların 27%-i əcnəbidir. Əhalinin sayı 2002-ci ildən, yəni 7,3 milyon nəfərdən bəri xeyli artıb. Bu artım iqtisadi bumun fonunda ölkəyə həm aşağı ixtisaslı mütəxəssislərin, həm də böyük korporasiyaların yüksək maaşlı işçilərinin çox sayda cəlb edilməsi ilə izah olunur.
SVP israr edirdi ki, əhalinin çoxluğu İsveçrə infrastrukturunun həddindən artıq yüklənməsinə, kirayə haqqının artmasına və yerli kimliyin itirilməsinə səbəb olub. Partiya hökuməti əhalinin 2050-ci ilə qədər 9,5 milyon nəfərə çatması halında miqrasiya qanunvericiliyini sərtləşdirməyə məcbur etməyi təklif edirdi. 10 milyon nəfərlik həddə çatması halında, hakimiyyət ölkənin ən böyük ixrac bazarı olan Aİ ilə sərbəst hərəkət haqqında müqavilədən çıxmalı olub.
Bütün digər böyük partiyalar, hökumət üzvləri və biznes liderləri bu təşəbbüsə qarşı çıxıblar. Onlar qeyd ediblər ki, immiqrasiyanın məhdudlaşdırılması İsveçrə iqtisadiyyatına zərər verəcək, işçi qüvvəsi çatışmazlığını ödəmək üçün əcnəbilərin işə götürülməsini çətinləşdirəcək və ölkənin Aİ ilə münasibətlərinə zərər verəcək.
Musavat.com






