İnsanlara hürriyət, millətlərə istiqlal!

“İsveç və Danimarka “Şimal axını”nı kimin vurduğunu bilir” – Seymur Herş

524 07.02.2024 11:05 Dünya A A

Danimarka və İsveç səlahiyyətliləri “Şimal axını”nda baş verənləri və partlayışda kimin əli olduğunu bilirdilər və ola bilsin ki, buna görə də bu iş üzrə araşdırmalarında uğursuzluğa düçar olublar.

Bu barədə məşhur amerikalı araşdırmaçı-jurnalist və “Pulitzer” mükafatı laureatı Seymur Herş Substack-dəki bloqunda bildirib.

Bundan əvvəl Almaniyanın “Süddeutsche Zeitung” qəzeti yazıb ki, İsveç prokurorları “Şimal axını”nda təxribatla bağlı təhqiqatı bağlamaq niyyətindədirlər, çünki şübhəlilərin kimliyini müəyyən edə bilməyiblər. İsveç prokurorluğu bu iş üzrə qərarını bu gün elan etmək niyyətindədir.

"İki ölkənin araşdırma aparmaması ondan irəli gələ bilər ki, hər iki ölkənin bəzi yüksək vəzifəli məmurları nə baş verdiyini dəqiq başa düşüblər", - Herş yazıb.

O qeyd edib ki, həm İsveç, həm də Danimarka Birləşmiş Ştatların partlayışlardan bir neçə ay əvvəl Baltik dənizində dalğıcla məşğul olduğundan xəbərdardırlar. Bundan əlavə, jurnalist qeyd edir ki, prezident Co Baydenin boru kəmərlərinin dağıdılmasından sonra keçən 16 ay ərzində ekspertlərə partlayışlarla bağlı araşdırma aparmağı əmr etdiyinə dair heç bir sübut yoxdur.

Herş əlavə edib ki, Almaniya kansleri Olaf Şolts da “Şimal axını”nda törədilən diversiyanı kimin etdiyini müəyyənləşdirmək üçün heç bir ciddi səy göstərməyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR